Azyaşlılara tütün və spirtli içkilər satan şəxslər məsuliyyətə cəlb olunub

Bakının Qaradağ rayonunda azyaşlılara tütün məmulatı və spirtli içkilər satan şəxslər məsuliyyətə cəlb olunub.

Yeniavaz.com Bakı şəhər Baş Polis İdarəsinə istinadla xəbər verir ki, rayon ərazisində 2 ünvanda tütün məmulatı, 3 ünvanda isə spirtli içki satılması faktı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Bildirilib ki, rayon ərazisində bu hallara yol verən satıcılarla profilaktik söhbət aparılıb, onlara əməllərinin hüquqa zidd olması izah edilib.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən bu istiqamətdə təbdirlər davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top