Xəzərdə 35 yaşlı kişi boğulub


Abşeronda 35 yaşlı kişi dənizdə boğulub.

Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə, Abşeron rayonunun Görədil kəndində, çimərlikdə, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1984-cü il təvəllüdlü Gözəlov Murad Ədalət oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.​

DİGƏR XƏBƏRLƏR

Top