
Türkiyədə Mustafa Kamal Atatürkün Sivas Konqresinin baş tutduğu binada 3D texnologiyası və lazerlə canlandırılmış çıxışı maraqla qarşılanıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sivas Konqresinin 100 illiyi münasibətilə qeyri-adi tədbir hazırlanıb. İllər əvvəl bəhs edilən konqresin baş tutduğu binada Atatürkün 3D lazerla canlandırılmış şəkli xalqın qarşısına çıxıb. Böyük alqışla qarşılanan görüntülərdə Atatürkün xalqa səslənməsi tükləri biz-biz edib.