Azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - VİDEO


Türkiyənin İstanbul şəhərində həmyerlimiz 22 yaşlı Rüfət Fərhadovu elektrik vurub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə R. Fərhadov Fatih rayonunun Akşemsettin məhəlləsindəki biznes mərkəzində kabel çəkərkən baş verib. Bu zaman R. Fərhadov binanın həyətinə düşüb.
Hadisə yerinə tibb işçiləri çağırılsa da onun həyatını itirdiyi məlum olub.
Gəncin meyiti istintaq üçün məhkəmə-tibbi anatomiya mərkəzinə aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top