Zibil toplayan uşaqların ürəkağrıdan görüntüləri - VİDEO


Türkiyədə pul qazanmaq üçün küçələrdə kağız yığan azyaşlıların görüntüsü gündəm olub.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Təkirdağ bölgəsində iki azyaşlı pul qazanmaq üçün küçələrdən araba ilə kağız toplamağa başlayıblar. Bir müddət işlədikdən sonra yorğun düşən uşaqlar küçədə kölgəlik tapıb uzanaraq yatıblar. Uzandıqları halda belə zibil arabasını əllərindən buraxmayan azyaşlıların fotosu izləyən hər kəsi kədərləndirib. Bir müddət yatan 7-9 yaşlarındakı uşaqlar daha sonra işlərinə davam ediblər.

DİGƏR XƏBƏRLƏR

Top