"Cip" "Lamborhini"ni ikiyə böldü - Dəhşətli anların VİDEOSU


Meksikada milyonluq maşını yararsız hala salan ağır qəza baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Meksikanın Toluca və Atlacomulco şəhərlərinin bir-birinə bağlayan yolda 5 nəfərin ağır yaralandığı qəza baş verib. Sürətlə gələn "Cip" yolu keçmək istəyən "Lamborhini"ni vuraraq iki yerə bölüb. Hadisə nəticəsində yaralananlar təcili xəstəxanaya çatdırılıb. Milyonluq maşının yararsız hala düşdüyü anlar təhlükəsizlik kameraları tərəfindən qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top