
Goranboyda ana doğuş zamanı ölüb.
Yeniavaz.com xəbər verir ki, hadisə Goranboy Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib.
1997-ci il təvəllüdlü, rayon sakini Quliyeva Əfsanə Əfqan qızı doğuş zamanı həyatını itirib. Doğuş zamanı Ə. Quliyevanın qız övladı dünyaya gəlib. Ana ölümünün səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayəova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz