Sumqayıtda internetin verilməsində problem var - 3 saatdan çoxdur


Bu saatlarda Sumqayıtda internetin verilməsində problemlər yaşanır. 

Şəhərin çox hissəsini internetlə təmin edən SNTV provayderinin fəaliyyətində ciddi problemlər yaranıb. 

Artıq 3 saatdan çoxdur ki, şəhərin mərkəzi hissələrində, eləcə də bəzi mikrorayonlarında internetin verilməsində fasilə yaranıb. Problemin yaranmasını əsas səbəb kimi texniki qəzanın baş verdiyi göstərilir. SNTV-dən problemin aradan qaldırılması istiqamətində təmir işlərinin aparıldığı bildirilib.//APA

DİGƏR XƏBƏRLƏR

Top