
“Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi və güclənməsi üzrə proqram çərçivəsində Rusiyadan yeni texnika və avadanlıq daxil olub”.
Bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan sentyabrın 6-da “Facebook” səhifəsində yazıb.
Bildirilib ki, Rusiya istehsalı olan “Ural” markalı yeni yük avtomobilləri gətirilib.
Mətbuat katibi həmin avtomobilin şəkillərini paylaşıb. (report)