
Ermənistanın İcevan şəhərinin meri Vardan Qalumyan istefa verib.
Yeniavaz.com ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Tavuş əyalətinin qubernatoru Ayk Çobanyan məlumat verib.
"İcevan icmasının rəhbəri qanuna müvafiq olaraq öz səlahiyyətlərini dayandırmaq barədə bəyanatı təqdim edib. İstefanın səbəbləri açıqlanmır"- Çobanyan deyib.
İstintaq komitəsi isə İcevan merinə qarşı Ermənistan Cinayət Məcəlləsinin 308.1 maddəsi ilə cinayət işi açıb.
Merin şəhəri tərk etməməsi barədə tədbir seçilib və bununla bağlı ondan yazılı iltizam alınıb.