Antalyanın Serik rayonunun AKP-li bələdiyyə sədrinin Ənvər Aputkanın evinə tüfənglə atəş açılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecə saat 1 radələrində kim olduqları bilinməyən şəxslər AKP-li bələdiyyə sədrinin evinə tüfənglə 11 dəfə güllə atıblar. Hadisə vaxtı evdə olan Ənvər Aputkan və ailəsi yara almadan qurtulublar. Hadisə yerinə polis çağırılıb, araşdırma aparılır.