Yevlaxda qəza baş verib - xəsarət alanlar var

Yevlax rayonunda  hərəkətdə olan "Volkswagen" markalı minik avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil aşıb. 

Yeniavaz.com xəbər verir ki, qəza nəticəsində sürücü və avtomobildə olan həyat yoldaşı, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Təhminə  Rəhimova  xəsarət alıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.
 

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top