Faydalı bildiyimiz faydasız dərman - KORVALOL


Son zamanlarda ürək xəstəliklərinin sayı durmadan artmaqda davam edir. Bu xəstəliyin yayılmasında bəzən genetik faktorlar, bəzən də həyat tərzi geniş rol oynayır. Xəstəliyin mülicəsi həkim tərəfindən aparılsa da bir çoxları həkim resepti olmadan apteklərdən aldıqları ürək dərmanlarına üstünlük verir. Bu dərmanlardan biri də korvaloldur.
Yeniavaz.com korvalol haqqında məlumatları təqdim edir:
Korvalol spesifik iyə malik şəffaf və rəngsiz mayedir.
Kardioloq Günay Rəhimova Yeniavaz.com-a açıqlamasında korvalolun dərman olmadığını bildirib: “Korvalol bir zamanlar, sovet dövründə çox ciddi şəkildə dərman hesab olnurdu. Amma korvalol dərman deyil. Bitki tərkibli, içərisində spirt olan sakitləşdiricidir. Buna görə də ürəyə heç bir təsiri yoxdur. Bəzən pasiyentdən şikayətini soruşuram, deyir ki, ürəyim ağrıyır amma korvalol içirəm sakitləşir. Lakin yadda saxlamaq lazımdır ki, əsl ürək ağrısını korvalol heç vaxt keçirmir”.
Hər bir dərmanın əks göstərişləri olduğu kimi bu dərmanın da əks göstərişləri var. Belə ki, preparatın hər hansı komponentinə, broma qarşı yüksək həssaslıq, ağır ürək çatışmazlığı, qaraciyərin və böyrəklərin aydın ifadə olunmuş pozğunluqları, hamiləlik və laktasiya dövründə diqqətli olmaq lazımdır.
 
Ehtiyat tədbirləri:
Preparatın tərkibində alkoqol, həmçinin fenobarbital vardır. Onlar koordinasiyanı poza və psixomotor reaksiyaların sürətini zəiflədə bilər. Ona görə də preparatın istifadə müddətində nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarə edərkən bunu nəzərə almaq və ehtiyatlı olmaq lazımdır.
Qeyd edək ki, Amerikada və Qərbi Avropa ölkələrində satışı qadağan edilən bu dərman preparatını, respublikamızın apteklərində rahatlıqda əldə etmək mümkündür. Eyni zamanda korvalolun ürək-damar xəstəliklərinə faydalı olduğunu göstərən heç bir elmi araşdırma və ya tədqiqat hələ ki, məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top