Azərbaycanın 12 rayonunda "xərçəng" xəstəliyi aşkarlanmayıb - SİYAHI


Azərbaycanda il ərzində 12 min 82 nəfərdə "şiş" xəstəlikləri ("yenitörəmə") aşkar edilib.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi statistikaya istinadən bildirir ki, onlardan 12 min 38 nəfərinin xəstəliyi Səhiyyə Nazirliyi tərəfindən qeydə alınıb. 44 nəfərin xəstəliyini isə özəl xəstəxanalar aşkara çıxarıb.
Bu xəstəliyə düçar olanların böyük əksəriyyəti - 4 min 111 nəfər Bakıda qeydə alınıb. Digər şəhər və rayonlar arasında isə ən çox "şiş" xəstəliyi Sumqayıtda qeydə alınıb. İl ərzində Sumqayıtda 826 nəfərdə bu xəstəlik aşkarlanıb.
Azərbaycanın 4 rayonunda isə "şiş" xəstəliyi qeydə alınmayıb. Bu rayonlar arasında Daşkəsən, Biləsuvar, Xocalı, Qubadlı, Zəngilan, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonları yer alıb. Naxçıvan şəhərində isə 358 nəfərdə "şiş" xəstəliyi aşkarlanıb.

DİGƏR XƏBƏRLƏR

Top