Angela Merkel Çinin himni oxunanda ayağa qalxmadı - FOTO


Çinə rəsmi səfərə gedən Almaniya kansleri Angela Merkel qarşılanma mərasimi zamanı dövlət himnləri oxnarkən ayağa qalxmayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, şərəfinə keçirilən rəsmi qarşılama mərasimini oturaraq izləyən Angela Merkel dövlət himnləri oxunarkən belə ayağa qalxmayıb. Buna səbəb isə onun səhhətindəki problemdir. Belə ki, A. Merkel bu problemə görə son 3 rəsmi qarşılama mərasimini oturaraq keçirib. Merkel hər nə qədər sağlamlığında heç bir problemin olmadığını iddia etsə də, tarixdə ilk dəfə bir dövlət rəhbərinin himn oxunarkən oturduğunu nəzərə alsaq bunun heç də belə olmadığını görərəik. Belə ki, həm Çin, həm də Almaniya mətbuatı da vəziyyəti belə gördükləri üçün "Almaniya kanslerinin vəziyyəti heç yaxşı deyil" başlıqlı xəbərlər dərc ediblər.
Qeyd edək ki, Merkel ard-arda iki rəsmi qəbul zamanı ayaq üstə durarkən titrədiyi üçün, belə tədbirlərdə oturmağa qərar vermişdi. Kanslerə yaxın mənbələr bunun dehidrasiya (bədəndə müxtəlif səbəblərdən baş verən su itkisi) səbəbilə baş verdiyini iddia etmişdilər.

DİGƏR XƏBƏRLƏR

Top