6 dollara görə bibisi oğlunu öldürdü, məzarında dua edib təslim oldu


Türkiyədə iki gənc arasında gül satmaq üstündə düşən mübahisə qanla bitib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda dayı oğlu, bibi oğlu arasında gül satışına görə mübahisə ölümlə nəticələnib. Belə ki, hər ikisi eyni müştəriyə gül satmaq istəyib ancaq, müştəri birindən gül alıb. Bunu görən, gənc dayıoğlusu ilə mübahisə edib. Mübahisənin böyüməsi ilə Mehmet Budan 19 yaşlı qohumunu bıçaqlayaraq öldürüb. Dərin peşmanlıq yaşayan gənc qohumunun məzarına gedərək "kaş ki, mən öləydim" deyərək xeyli dua edib sonra isə polisə təslim olub.

DİGƏR XƏBƏRLƏR

Top