
Türkiyədə 3 yaşlı uşağın maşını işə salması ilə avtomobil marketə dəyərək qəzaya səbəb olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda bir ailə mağazadan alver edərkən qəribə hadisə baş verib. 3 yaşlı övladları avtomobildə əyləşərək oynamağa başlayıb. Bir neçə dəqiqə sonra azyaşlı avtomobilin start düyməsini basaraq hərəkət etdirib. Avtomobil qabağındakı maneələri əzərək marketə girib. Ölən və yaralananların olmadığı qəza kamerlara yansıyıb.