74 yaşlı qadın 57 ildən sonra əkiz uşaq dünyaya gətirdi - VİDEO


Hindistanda 74 yaşlı qadın 57 illik həsrətdən sonra əkiz uşaq dünyaya gətirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
Məlumata görə, cütlük Hindistanın Andhra Pradeş ştatının sakiniləridir. Həkimlərin sözlərinə görə, qeysəriyyə əməliyyatı ilə əkiz qız dünyaya gətirən ananın vəziyyətinin yaxşı olduğunu qeyd ediblər. Bildirilir ki, qadının bu günə qədər uşaq sahib ola bilməməsinin səbəbi onun diabet və hipertoniya xəstəsi olmamasıdır.
Qeyd edək ki, cütlük 22 mart 1962-ci ildə ailə qurublar. Onlar 57 ildən sonra süni mayalanma ilə uşaq sahibi olublar. 
Xatırladaq ki, daha öncə 2008-ci ilin yayında əkiz dünyaya gətirən 70 yaşlı hindistanlı qadın ən yaşlı qadın hesab olunurdu.

DİGƏR XƏBƏRLƏR

Top