
Cənubi Koreyanın dünyaca məşhur texnologiya şirkəti "Samsung" ilk dəfə ekranı qatlanan mobil telefonu bazara çıxarıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, "Galaxy Fold" adlı model bu gün Cənubi Koreyada, sentyabrın 18-də isə İngiltərədə texnologiya bazarına çıxarılacaq. "Samsung" bu məhsulu aprel ayında təqdim etmək istəsə də, telefonlar tez qırıldığı üçün təqdimetmə təxirə salınmışdı.
Qeyd edək ki, bu telefonların qiyməti 1980 dollar olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz