Ərəb şahzadəsi: “İranı 8 saata məhv edə bilərik”


Səudiyyə Ərəbistan şahzadəsi Abdullah bin Nasser əl-Səud İranı 8 saat ərzində məhv edə biləcək gücə sahib olduqlarını bildirib.
Yeniavaz.com xrici KİV-ə istinadən xəbər verir ki, şahzadə bu sözləri “Twitter” hesabında deyib.
Onun sözlərinə görə, gizli nə varsa daha güclüdür: “Dünyada bizim birliyimizin, əzmimizin  qarşısında dayana biləcək heç bir qüvvə yoxdur”.
Bildirilir ki, şahzadə bu ifadələri Əl-Riyadın hərbi qüvvələrini əks etdirən analitik hesabata əsasən deyib. Hesabatda eyni zamanda, İranın aviasiyasının Səudiyyə Ərəbistanla müqayisədə çox zəif olduğu qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top