
Türkiyə "SOM-B2" adlı raketi sınaqdan keçirib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank qanadlı raketi sınaqdan keçirdiklərini bildirib. Beton sığınaqlara qarşı da istifadə edilə bilən raketin test görüntüləri sosial şəbəkə vasitəsilə paylaşılıb. Türkiyədə ilk dəfə qanadlı raket sınaqları keçirdiklərini bildirən Mustafa Varank hərbi başlıqlı raketin "TÜBİTAK SAGE" tərəfindən inkişaf etdirildiyini söyləyib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan 2 gün əvvəl çıxışı zamanı nüvə başlıqları əldə etmək istədiyini bildirmişdi: "Bəzi adamların əlində nüvə başlıqlı raketlər var. Amma məndə nüvə başlıqlı raketlərin olmasını istəmirlər. Mən bunu qəbul etmirəm. İndi inkişaf etmiş ölkələr içərisində nüvə başlığı olmayan ölkə yoxdur".
GURUR GÜNÜMÜZ!@SavunmaSanayii öncülüğünde TÜBİTAK SAGE tarafından @TSKGnkur için geliştirilen Türkiye’nin ilk seyir füzesi SOM’un beton sığınaklara karşı kullanılacak ardışık delici harp başlıklı versiyonu SOM-B2 füzesinin ilk atış testi başarıyla gerçekleştirildi. 🎯🇹🇷 pic.twitter.com/LAUqgMxrQI
— Mustafa Varank (@varank) 5 Eylül 2019