
Argentinada 3 oğrunun qatar yola düşən vaxt etdikləri oğruluq gündəm olub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Argentinada metro stansiyasında qəribə hadisə baş verib. Qatar stansiyada dayanarkən sərnişinlər içəri daxil olub. Bu vaxt kənarda vaqonları diqqətlə izləyən 3 nəfər müşahidə edilib. Həmin adamlar qatar yola düşən kimi açıq pəncərədən əllərini uzadaraq sərnişinlərin telefonlarını oğurlayıb. Hadisə metronun təhlükəsizlik kameralarına yansıyıb.
Tətbiqimizi yükləyə bilərsiniz