AVRO-2020: İtaliya və İspaniya yığmaları 5-ci qələbələrini qazanıblar - NƏTİCƏLƏR


AVRO-2020-nin seçmə mərhələsində V tura start verilib.

Dörd qrupda 9 oyun keçirilib.

D qrupunda Danimarka Cəbəllütariq səfərindən 3 xalla ayrılıb. İrlandiya ilə İsveçrə arasında görüşdə qollu heç-heçə qeydə alınıb.

F qrupunun oyunlarında favoritlər çətinlik çəkməyib. 5-ci qələbəsini əldə edən İspaniya səfərdə Rumıniyanı, Norveç evdə Maltanı məğlubiyyətə uğradıb. Farer adalarının qonağı olan İsveç böyükhesablı qələbəyə imza atıb.

G qrupunun yeganə oyununda İsrail Şimali Makedoniyanı qəbul edib. Hərəyə 1 qol vuran komandalar heç-heçə ilə kifayətləniblər.

J qrupunda İtaliya 5-ci qələbəsini bayram edib. Appenninlilər Ermənistan səfərində əzmkar qalibiyyətə seviniblər. Finlandiya ilə Bosniya və Herseqovina da günü qələbə ilə başa vurub. Sonuncular Lixtenşteyni, şimallılar Yunanıstanı üstələyiblər.

Qeyd edək ki, V turun digər oyunları sentyabrın 6-7-də keçiriləcək.


AVRO-2020-nin seçmə mərhələsi
V tur
5 sentyabr

D qrupu
22:45. İrlandiya – İsveçrə - 1:1

Makqoldrik, 85 - Şer, 74
22:45. Cəbəllütariq – Danimarka – 0:6
Skov, 6, Eriksen, 34 (pen.), 50 (pen.), Delani, 69, Qitkyaer, 73, 78

1

İrlandiya

5

3

2

0

5-3

11

2

Danimarka

4

2

2

0

15-5

8

3

İsveçrə

4

1

3

0

6-4

6

4

Gürcüstan

4

1

0

3

4-8

3

5

Cəbəllütariq

4

0

0

4

0-12

0

Növbəti oyunlar sentyabrın 8-də keçiriləcək: İsveçrə - Cəbəllütariq, Gürcüstan – Danimarka.

F qrupu
22:45. Rumıniya – İspaniya – 1:2

Andone, 59 - Ramos, 29 (pen.), Alkaser, 47
22:45. Norveç – Malta – 2:0
Berqe, 34, Kinq, 45 (pen.)
22:45. Farer adaları – İsveç – 0:4
İsak, 12, 15, Lindelöf, 23, Quaison, 41

1

İspaniya

5

5

0

0

13-3

15

2

İsveç

5

3

1

1

12-7

13

3

Norveç

5

2

2

1

10-7

8

4

Rumıniya

5

2

1

2

12-7

7

5

Malta

5

1

0

4

2-12

3

6

Farer adaları

5

0

0

5

3-16

0

Növbəti oyunlar sentyabrın 8-də keçiriləcək: Rumıniya – Malta, İsveç – Norveç, İspaniya – Farer adaları.

G qrupu
22:45. İsrail – Şimali Makedoniya – 1:1

Zahavi, 55 – Ademi, 64

1

Polşa

4

4

0

0

8-0

12

2

İsrail

5

2

2

1

9-8

8

3

Avstriya

4

2

0

2

7-6

6

4

Sloveniya

4

1

2

1

7-3

5

5

Ş.Makedoniya

5

1

2

2

6-8

5

6

Latviya

4

0

0

3

1-13

0

Növbəti oyunlar sentyabrın 6-da keçiriləcək: Sloveniya – Polşa, Avstriya – Latviya.

J qrupu
20:00. Ermənistan – İtaliya – 1:3

Karapetyan, 11 – Belotti, 28, 80, Pelleqrini, 77
22:45. Finlandiya – Yunanıstan – 1:0
Pukki, 52 (pen.)
22:45. Bosniya və Herseqovina – Lixtenşteyn – 5:0
Qoyak, 11, 89, Malin, 80 (avtoqol), Dzeko, 85, Viska, 87

1

İtaliya

5

5

0

0

16-2

15

2

Finlandiya

5

4

0

1

7-2

12

3

Bosniya və Herseqovina

5

2

1

2

10-7

7

4

Ermənistan

5

2

0

3

8-9

6

5

Yunanıstan

5

1

1

3

6-9

4

6

Lixtenşteyn

5

0

0

5

0-18

0

Növbəti oyunlar sentyabrın 8-də keçiriləcək: Ermənistan – Bosniya və Herseqovina, Yunanıstan – Lixtenşteyn, Finlandiya – İtaliya.//APA

DİGƏR XƏBƏRLƏR

Top