Rusiyanın “Rostex” dövlət şirkətinin biznesin inkişafı üzrə direktoru Aleksandr Korşunov İtaliyanın Neapol şəhərində hava limanında saxlanılıb.
O, ABŞ-ın sorğusu əsasında tutulub.
Bildirilib ki, ABŞ onu Mühərrikqayırma Birliyinin marketinq və satış üzrə direktoru işləyərkən iqtisadi casusluqla məşğul olmaqda şübhəli bilib. Korşunov bu vəzifədə 2009-2017-ci illərdə işləyib.
Rusiya prezidenti Vladimir Putin onun saxlanılmasını “məsuliyyətsiz rəqabət” adlandırıb. İtaliyada onun ABŞ-a ekstradisiyası ilə bağlı məhkəmənin ilk iclası keçiriləcək.
57 yaşlı şirkət direktoru Moskva Energetika İnstitutunu, keçmiş SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Ali İqtisadiyyat Məktəbini bitirib. Ölkəsinin İstanbulda vitse-konsulu, Rusiyanın BMT-dəki daimi nümayəndələyində birinci katib vəzifələrində işləyib.
Qeyd edək ki, “Rostexnlogiya” dövlət şirkəti 2014-cü il iyulun 23-də yaradılıb. Müəssisə mülki və hərbi təyinatlı sənaye məhsulu istehsal edir. (yenisabah)