Gənclər niyə infarkt keçirir və qarşısı necə alınmalıdır?


Uşaqlarda və gənclərdə artan piylənmə erkən yaşda infarkt riskini artıran əsas faktordur.
Bu barədə Avropa Kardioloqlar Birliyinin saytında yazılıb. 
Mütəxəssislər 1969-cu ildən 2016-cı ilədək 1 milyon 668 min 921 nəfərin sağlamlığını müşahidə ediblər. Onlar 1950-1987-ci illərdə doğulan kişilər olub. Monitorinq zamanı alimlər 50 yaşında 22,4 min ürəktutma halı ilə qarşılaşıblar. İnfarkt keçirənlərin əksəriyyəti gənclikdə piylənmə və artıq çəki problemi yaşayanlar olub. 
Belə olan halda, alimlər artıq çəkinin ürəktutmalarının başlıca səbəbi olması qənaətinə gəliblər. Onlar uşaqlıqdan başlayan piylənmənin gələcəkdə infarkt və insult tutmalarının ciddi göstəricisi olduğunu bildiriblər. 
Bu səbəbdən valideynlərə uşaqlarda və gənclərdə piylənmənin, hərəkətsizliyin qarşısını almaq üçün təcili tədbirlər görmələri məsləhət olunub. Məktəblər və valideynlər yeniyetmələrin komputer, telefon ekranı qarşısında daha az vaxt keçirmələrinə, sağlam qidalanmalarına və fəal həyat tərzi keçirmələrinə çalışmalıdırlar. 
Ürək-damar xəstəliklərinin qarşısını almaq üçün həftədə azı 2 dəfə fındıq yemək lazımdır. Bu çərəz infarktdan ölüm riskini əhəmiyyətli dərəcədə azaldır. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top