Atlantik Okeanının ikinci ən böyük qasırğası Amerika sahillərinə yaxınlaşır - VİDEO


Bu günə kimi ikinci ən güclü Atlantik Okeanı qasırğası kimi bilinən “Dorian” qasırğası Baham adalarından sonra Amerikanın cənubuna doğru irəliləməyə başlayıb.


Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, qasırğa artıq Cənubi Karolina ştatının Çarleston əyalətində gücünü göstərməyə başlayıb. Əyalətdə qasırğanın şiddəti 2-ci kateqoriyadan, 3-cü kateqoriyaya yüksəlib. Küləyin sürətinin isə saatda 177 km-ə çatdığı bildirilir.

Amerika Beynəlxalq Qasırğa Mərkəzi gülcü küləklə bağlı Florida, Georgia, Cənubi və Şimali Karolina ilə Virciniya sahillərində “ölüm təhlükəsi ola bilər” xəbərdarlığını edib.

Ötən həftə Baham adalarında qasırğanın törətdiyi dağıntıların görüntüləri isə hər kəsi dəhşətə gətirib.

Ölənlərin sayında isə artım müşahidə olunub. Belə ki, 7 nəfərin öldüyü bildirilsə də sonradan bu sayın 20 olduğu xəbər verilib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) bölgədə 70 nəfərin təcili yardıma ehtiyacı olduğunu açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top