Ana tələbə qızını tapanca ilə ağır yaraladı

Amerikada universitet tələbəsinin anasına sürpriz etmək istəməsi qanlı hadisə ilə nəticələnib.

Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, təhsil aldığı əyalətdən Ohayodakı evlərinə qayıdan gənc qız, anası Con Normana sürpriz etmək üçün evlərinə gizlicə daxil olub.

Qızının evə gəlməsindən xəbərsiz olan ana isə evdə naməlum şəxslərin olduğunu zənn edərək atəş açıb.

Anasının açdığı atəş nəticəsində ağır yaralanan qız xəstəxanaya aparılıb.

Ana isə vurduğu şəxsin qızı olduğunu öyrəndikdən sonra sarsıntı keçirib. Hadisədən sonra açıqlama verən Ohayo polisi ana Con Normanın silah saxlama hüququnun olduğunu bildirib.

Hadisə ilə bağlı məhkəmənin qərar verəcəyi bildirilir.

Açıqlanan statistikaya görə, 2018-ci ildə Amerikada 40 nəfərə yaxın insan silahdan açılan atəş nəticəsində ölüb.

DİGƏR XƏBƏRLƏR

Top