Ərdoğan üçün Zaqataladan Ankaraya kimi velosiped sürəcək - VİDEO


"Mənim kimi Ərdoğanı sevən və onunla görüşmək istəyən yüz minlərlə azərbaycanlı gənc var. Bütün bu gənclərin adından Ankaraya gedirəm".
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı görmək üçün Zaqatala rayonunun Yolayrıc kəndindən Anakaraya velosipedlə yola düşən İzzədin Abdullayev deyib: "Yolum uzun olsa da bu məni niyyətimdən daşındırmır. Mən Ərdoğanı çox sevirəm və onunla görüşmək istəyirəm. Bu mənim çoxdankı arzumdur. 1600 kilometrlik məsafəni 16-17 gündə qət edəcəyimi düşünürəm. Mənim kimi Ərdoğanı sevən və onunla görüşmək istəyən yüz minlərlə azərbaycanlı gənc var. Bütün bu gənclərin adından Ankaraya gedirəm. İnşallah onun əlini sıxmaq, görmək, qucaqlamaq mənə nəsib olar".
İzzədinin anası Humay Abdullayeva oğlunun yola çıxmazdan əvvəl ondan xeyir-dua istədiyini bildirib: "Gəlib məndən xeyir-dua istədi. "Ana, mən yola çıxıram" dedi. Allahdan diləyim budur ki, oğlum sağ gedib sağ gəlsin. İnşallah Ərdoğanla görüşərək xəyalına qovuşa bilər".

DİGƏR XƏBƏRLƏR

Top