
Ötən il Azərbaycanda 630 nəfərin İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxduğu aşakarlanıb.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi statistik məlumatlara istinadən bildirir ki, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan İİV-li xəstələrin sayı isə 7 162-yə yüksəlib.
Müqayisə üçün qeyd edək ki, əvvəlki ildə 559 nəfərin İİV-ə yoluxduğu aşakarlanıb və müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan İİV-li xəstələrin sayı isə 6 538 nəfər olub.
Azərbaycanda İİV-və yoluxanların 30,5% və ya 2 187 nəfəri xəstəliyin son mərhələsi hesab olunan Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS - rus. SPİD) daşıyıcısı olub.
Son bir ildə qeydiyyata alınan QİÇS-li xəstələrin sayı 181 nəfər artıb və onlardan birinin yaşı 18-dən az olub. Onu da bildirək ki, 2017-ci ildə QİÇS-ə yoluxanlar arasında yaşı 18-dən aşağı olan şəxs olmayıb. İl ərzində bu xəstəlikdən 1 nəfər ölüb.
Məlumat üçün bildirək ki, QİÇS insanın immunçatışmazlığı virusuna (İİV) yoluxması nəticəsində meydana çıxır və CD4+ limfositlərinin (leykosit növü) azalması ilə xarakterizə olunan, mahiyyəti etibarilə İİV infeksiyasının son mərhələsidir. Bu virusa yoluxan insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar və bu xəstəliklər ölümlə nəticələnir.
İİV qana yoluxduqdan sonra uzun illər əlamətlər müşahidə edilməyə və insan özünü yaxşı hiss edə bilər. Bəzi hallarda İİV ilə yoluxan şəxsin 8 yaxud 10 il arası QİÇS-ə tutulmadığı görülüb.
Tətbiqimizi yükləyə bilərsiniz