Əfqanıstanın paytaxtında DƏHŞƏTLİ PARTLAYIŞ - 5 nəfər ölüb - VİDEO


Əfqanıstanın paytaxtı Kabildə diplomatik tikililərin yerləşdiyi ərazinin yaxınlığında güclü partlayış baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Kabilin polis rəisinin sözçüsü Firdevs Faramarz partlayışın ABŞ səfirliyinin də yerləşdiyi ərazidə meydana gəldiyini bildirib. Ölkənin xüsusi kəşfiyyat orqanına məxsus binanın önündə partladılan bomba nəticəsində 5 nəfər ölüb, 28 nəfər isə yaralanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə bomba əvvəlcədən bir avtomobilə quraşdırılıb və binanın önünə gətirilib.
Xarici vətəndaşların hədəf alındığı partlayışı Taliban terror təşkilatı öz üzərinə götürüb.

DİGƏR XƏBƏRLƏR

Top