Dəhşətli STATİSTİKA: Azərbaycanda onlarla məktəbli qız abort etdirib - SİYAHI


Son bir ildə Azərbaycanda abort etdirən məktəbyaşlı qızların sayı azalıb.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, abort etdirən məktəbyaşlı qızların sayı 2017-i illə müqayisədə ötən il 1,3% azalaraq 46 nəfərdən 40 nəfərə düşüb.
Məlumat üçün bildirək ki, ötən il ölkədə ümumilikdə 36 min 141 qadın abort etdirib və bu göstərici əvvəlki illə müqayisədə 3,9% və 1 min 477 nəfər azalıb. Abort etdirənlərin 3,4% və ya 1 238 nəfəri 15-19 yaşlılar olub. Bu yaşda abort etdirən qadınların sayı ötən bir il ərzində 22,8% və ya 367 nəfər azalıb.
Onu da bildirək ki, Azərbaycanda abort etdirənlərin sayı 2016-cı ildə ən yüksək səviyyəyə yüksəlib. Əvvəlki illərdə bu sayda abort qeydə alınmayıb.
Müqayisə üçün son 19 ildə qeydə alınan abortların sayını təqdim edirik:
İllər Abortların sayı
2000-ci il 17, 5 min
2005-ci il 19,6 min
2007-ci il 22,3 min
2008-ci il 25,3 min
2009-cu il 24,6 min
2010-cu il 26,8 min
2011-ci il 27,8 min
2012-ci il 31 min
2013-cu il 27,9 min
2014-cü il 27,2 min
2015-ci il 27,5 min
2016-cı il 34,6 min
2017-ci il 37,62 min
2018-ci il 36,14 min

DİGƏR XƏBƏRLƏR

Top