Əfsanəvi futbolçunun oğlu futbol oynayarkən öldü - FOTO


Braziliya millisinin əfsanəsi Kafunun 30 yaşlı oğlu Danilo Feliçiano de Moraes futbol oynayan zaman infarkt keçirib və nəticədə dünyasını dəyişib.
Yeniavaz.com Braziliya mətbuatına istinadla xəbər verir ki, Danilo 10 dəqiqə futbol oynadıqdan sonra özünü narahat hiss etdiyini deyib və infarkt keçirməyə başlayıb. Bu zaman dostları onu dərhal "Albert Eynşteyn" xəstəxanasına çatdırıb. Ancaq həkimlərin bütün səylərinə baxmayaraq əfsanəvi futbolçunun oğlunu xilas etmək mümkün olmayıb.
Mətbuatda yayılan bu xəbəri Kafunun keçmiş komanda yoldaşı və dostu Paulo Sergio da təsdiqləyib.
Qeyd edək ki, Danilo Kafunun 3 övladından ən böyüyü idi.

DİGƏR XƏBƏRLƏR

Top