Millət vəkili: Conson müsəlman qadınlardan üzr istəməlidir - SƏBƏB


İngiltərə Parlamentinin Fəhlə Partiyasının millət vəkili Teynmanjit Sayn, baş nazir Boris Consonun müsəlman qadınlardan üzr istəməli olduğunu deyib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki,buna səbəb B. Consonun əvvəlki çıxışlarında hicablı müsəlman qadınlara "bank oğrusu" və "poçt qutusu" deməsidir.
T. Sayn parlamentdəki çıxışı zamanı baş naziri sərt dillə tənqid edib: "Onsuz da bu kimi təzyiqlərlə tez-tez qarşılaşan müsəlman qadınların bu məsələdə də bizdən incimələrini başa düşürük. Bəs Boris Conson təhqirəramiz və irqçi ifadələrinə görə nə vaxt üzr istəyəcək? Bu gün mən hicab taxmağa qərar versəm və ya başqa biri xaç, təkkə taxmağa qərar versə bu Lordlar Palatasının üzvlərinə bizi təhqir etmək hüququ verəcək?".
B. Conson isə öz növbəsində T. Sayna qəribə cavab verib: "Hazırkı hökumət üzvləri ilə birgə ölkə tarixindəki ən qəribə hökumətdir".

DİGƏR XƏBƏRLƏR

Top