Ərdoğan: İsraildə nüvə silahı var, bizdə niyə olmasın?


"Bəzi ölkələrin əlində nüvə silahının olub, bizdə olmamasını mən qəbul etmirəm".
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Anadolu İqtisadi Forumunda çıxışı zamanı deyib: "Yaxşı, hər şey qaydasındadır amma bəzi ölkələrdə nüvə silahı var və bunların sayı 1 ya da 2 deyil. Ancaq mənim əlimdə nüvə silahı yoxdur! Mən bunu qəbul etmirəm".
Ərdoğan İsrailin əlindəki nüvə silahı ilə regiondakı bütün ölkələri qorxutduğunu deyib: "Hazırda inkişaf etmiş ölkələrdən nüvə silahı olmayan demək olar ki, yoxdur. Hətta ad verməyəcəm, əvvəl prezident olmuş bir şəxs mənə dedi ki, bizdə 7 min 500 nüvə başlıqlı raket var ancaq, bu sayı ABŞ və Rusiyada 12 min 500 ya da 15 mindir. O bildirdi ki, biz də belə silahların sayını artırmağa davam edəcəyik. Görürsünüz vəziyyəti? Onlar orada bir-birləri ilə yarışarkən, bizə "sən qəti bu işi görmə" deyirlər. Qulağımızın dibindəki İsraildə var? Var! Hər kəsi də bu silahlarla hədələyirlər".

DİGƏR XƏBƏRLƏR

Top