Gül Babacanın partiyasında olmayacaq? - İDDİA


Türkiyənin "Habertürk" qəzetinin əməkdaşı Fatih Altaylı Əli Babacanın sentyabrın 15-də yeni siyasi partiya haqqında ilk rəsmi açıqlamanı verəcəyini iddia edib.
Yeniavaz.com
xəbər verir ki, F. Altaylı Türkiyənin 11-ci prezidenti Abdullah Gülün isə hələlik həmin siyasi partiyada aktiv rol oynamayacağını, sadəcə məsləhətlər verəcəyini bildirib.
Jurnalist yazısında hazırda Ə. Babacanın bu açıqlamanı hansı üsulla edəcəyini müzakirəsinin getdiyini iddia edib. Bunun üçün isə 2 üsuldan biri seçiləcək. Əvvəlcədən hazırlanmış suallara cavab vermək üçün 4 təcrübəli jurnalist ilə mətbuat konfransı keçiriləcək və ya bu haqda yazı qələmə alınacaq.

DİGƏR XƏBƏRLƏR

Top