
Türkiyədə yük maşını avtomobilin yolunu kəsdi, sürücü əsəbiləşib maşını təpiklədi.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda bir avtomobil yük boşaltmaq istəyərkən minik avtomobilinin yolunu kəsib. Sürücünün dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq yük maşını yerindən tərpənməyib. Bunu görən sürücü avtomobilindən enərək yük maşınını təpiklə əzməyə başlayıb. Bunu görən sürücü maşını geriyə sürərək minik avtomobilini əzərək hadisə yerindən uzaqlaşmağa başlayıb. Hadisə polisin müdaxiləsi ilə sona yetib.