“Samsung” qatlanan ekrana malik növbəti smartfonunu hazırlayacaq


“Samsung” korporasiyası “Fold” istehsal xətti üzrə qatlanan displeyə malik yeni smartfon hazırlamağı planlaşdırır. Qurğu 2020-ci ilin əvvəlində nümayiş etdiriləcək. Bu haqda “Bloomberg” nəşri yazıb.

 

Yeniavaz.com “ICTnews”a istinadən xəbər verir ki, nəşrin məlumatına görə, smartfon klassik açılıb yığılan formada olan 6,7 düymlük diaqonala malik bir displeylə təchiz ediləcək. Belə təxmin edilir ki, yeni model ilk “Galaxy Fold” ilə müqayisədə daha əlçatan və nazik olacaq.

 

“Samsung Galaxy Fold” smartfonunun birinci versiyası 2019-cu ilin yazında təqdim edilib, amma indiyədək qurğu satışa çıxarılmayıb. Buna səbəb test modellərində aşkar edilmiş problem olub. Sonralar şirkət problemləri aradan qaldıraraq məlumat verib ki, telefon 2019-cu ilin sentyabrında satışa çıxarılacaq.

DİGƏR XƏBƏRLƏR

Top