Consondan müxalifət liderinə: "Burada bir yolunmuş toyuq görürəm"


İngiltərə parlamentində seçkiləri uduzan baş nazir Boris Conson müxalifət liderinə ağır sözlər söyləyib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin baş naziri Boris Conson parlamentdə keçirilən kritik seçkilərdən sonra xəyal qırıqlığına uğrayıb. Partiyasından 21 millət vəkilinin müxalifəti dəstəkləməsi ilə seçkilərdə uduzan Boris Conson əsəbini gizlədə bilməyib. Əvvəlcə partiyası əleyhinə çıxan millət vəkillərini vəzifədən uzaqlaşdırıb sonra müxalifət liderinə təhqiredici sözlər söyləyib. O, müxalifət liderini işarə edərək belə deyib: "Burada bir tək yolunmuş toyuq görürəm o da burada oturub". Conson parlamentdə iştirak edən digər bir partiya liderinə isə "mama uşağı" deyib.

DİGƏR XƏBƏRLƏR

Top