"Qoca" ilə birlikdə adam öldürməkdə təqsirli bilinən "Maqa" ilə bağlı YENİ XƏBƏR


Bakıda xüsusi təyinatlı qatardan qaçan məhbus Əli Ağami ilə birlikdə adam öldürməkdə təqsirli bilinən Məhəmməd Heyədrov Ali Məhkəməyə kassasiya şikayəti verib.

Şikayət hakim Tahir Kazımovun sədrlik etdiyi kollegiyanın icraatına verilib. Baxış iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, M.Heydərov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Ağami 19 il, Məhəmməd Heydərov ("Maqa Hacıqabullu"), Tahir Məlikov ("Marojna") və Əfsər İbrahimovun hər biri isə 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar 2015-ci ilin noyabrında Şirvan şəhərində Elvin Nəciyev (kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınır) və Zaur Sarıbalayevi qətlə yetirməkdə təqsirli biliniblər.

Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, qəsdən adamöldürmədə təqsirləndirilən Ə.Ağami və digər məhbus, "Qoca" ləqəbli Etibar Məmmədov oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilən zaman Biləcəri stansiyasında qaçıblar. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb. Bu işlə bağlı cinayət işi üzrə hökm oxunub. (Report)

DİGƏR XƏBƏRLƏR

Top