Dəhşətli qəzada xəsarət alan qadınların kimliyi məlum oldu - FOTOLAR - YENİLƏNİB

Ötən gün baş vermiş avtobus qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

Sentyabrın 4-də günorta saatlarında Nobel prospektində minik avtomobilinin avtobusla toqquşması nəticəsində iki nəfər qadın müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar 1965-cü il təvəllüdlü Abdullayeva Tamilla Zəfər qızı sol baldırın üçdə bir hissəsinin amputasiyası, 1954 -cü il təvəllüdlü Fərəcullayeva Sara Bayram qızı sol qamış sümüyü və sağ baldırın sınığı xəsarətləri alıblar.

Hazırda həkim nəzarəti altında olan qadınlar reanimasiya şöbəsində müalicə alırlar.

Xatırladaq ki, ötən gün Nobel prospekti Nargilə dairəsi yaxınlığında sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırmaya başlanılıb. İlkin məlumata görə idarəetmədən çıxan minik avtomobili əvvəlcə səkiyə, daha sonra isə dayanacaqdan çıxan 46 nömrəli avtobusa çırpılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza minik avtomobilinin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. (Trend)


*** 4 sentyabr, 17:22
Bakı Nəqliyyat Agentliyi Nobel prospektində, Nargilə dairəsi yaxınlığında sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Yeniavaz.com xəbər verir ki, qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırmaya başlanılıb. İlkin məlumata görə, idarəetmədən çıxan minik avtomobili əvvəlcə səkiyə, daha sonra isə dayanacaqdan çıxan 46 nömrəli avtobusa çırpılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza minik avtomobilinin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Həmçinin minik avtomobili sürücüsünün sənədlərinin olmadığı bildirilir. Bu və hadisəyə dair digər detallar müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.


***16:47
Xətai rayonu, Nargilə kafesinin yaxınlığında avtobusla minik avtomobili toqquşub. 

Hadisə yerinə gələn təcili tibbi yardım avtomobili müxtəlif dərəcəli bədən xəsarətləri olan iki qadın götürüb. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub: "Ağır vəziyyətdə olan yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıb. Yaralılar barədə yeni məlumat daxil olduqda əlavə məlumat veriləcək". (Report)

DİGƏR XƏBƏRLƏR

Top