Ermənistan Konstitusiya Məhkəməsi Robert Koçaryanla bağlı gözlənilməz qərar verdi


Bu gün Ermənistanda Konstitusiya Məhkəməsinin iclasında hazırda həbsdə olan ölkənin  eks-prezidenti Robert Koçaryanın müraciətinə baxılıb.
Yeniavaz.com Ermənistan KİV-lərinə istinadən bildirir ki, Robert Koçaryanın vəkilləri Konstitusiya Məhkəməsinə müraciət edərək ona qarşı tətbiq olunan Cinayət Məcəlləsinin maddələrinin konstitusiyaya zidd olub-olmadığının yoxlanmasını xahiş edib. Vəkillər iddia edirdilər ki, Robert Koçaryanın keçmiş dövlət başçısı kimi toxunulmazlığı var onu həbs etmək olmaz.
Ermənistanda Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan jurnalistlərə bildirib ki, Koçaryana qarşı Cinayət Prosessual Məcəllənin 35-ci maddəsinin tətbiqində konstitusiyaya zid qərar qəbul olunub. Konstitusiya Məhkəməsinin sədri deyib ki, Cinayət Prosessual Məcəllənin 35-ci maddəsi tətbiq olunarkən  "Cinayət işi və cinayət təqibini istisna edən hallar" bəndi nəzərə alınmayıb.
Konstitusiya Məhkəməsininqəraından sonra Koçaryanın həbsdın azad olunub-olunmayacağı məlum olmasa da, tərəfdarları bu qərarı alqışlayıblar.
 

DİGƏR XƏBƏRLƏR

Top