Qurd xəstəliyi olan şəxslər bu qidalardan UZAQ OLSUNLAR


Uşaqlar və böyüklər arsında son zamanlar ən çox yayılan xəstəliklərdən biri də qurd (helmintozlar) xəstəlikləridir. Bu xəstəliklər uşaqlarda ən çox 3-12 yaş aralığında rast gəlinir. Helmintlərin ən əlverşili qidalanma mənbəyi insan orqanizmi sayılır. Bu xəstəlik uşaqlarda immunitetin azalmasına, allergiyaya, sinir sistemin pozulmasına, hətta fiziki və əqli inkişafın geriləməsinə gətirib çıxardır. Məlumata görə, bu günə qədər 250 helmint növü aşkarlanıb. Onlardan 63-ü isə ölkəmizdə aşkar olunub.
Bu xəstəliyin diaqnozu həkim tərəfindən aparılır və uyğun olaraq orqanizmdən qurdları təmizləyən dərman preparatları təyin edir. Bundan əlavə qurd xəstəliyinə yoluxan şəxslər mütləq şəkildə yedikləri qidalara diqqət etməlidirlər.
Yeniavaz.com xarici KİV-ə istinadən qurd xəstəliyinə yoluxan şəxslərin yeyə biləcəkləri qidaları təqdim edir:

Ananas: Bu meyvə az kalorili və az yağlığı olan meyvədir. Tərkibində çoxlu miqdarda qida lifləri, təbii turşular, kalium, kalsium, fosfor, dəmir, sink, maqnium, marqanes və yodla zəngindir. Bundan əlavə bromelayn fermenti ilə zəngin olan ananas parazitləri öldürür.
Haşiyə: Qastritdən əziyyət çəkənlərə və mədə turşuluğu çox olan adamlara ananasdan çox istifadə eləmək olmaz. Bu əlamətlərin artmasına və xəstənin narahatlığına səbəb ola bilər.

Sarımsaq: Artıq hər kəsə məlumdur ki, sarımsağın xərçəngdən tutmuş soyuqdəyməyə kimi bir çox faydaları var. Bundan əlavə, "anti bakterial və antiviral" xüsusiyyətləri, bitkinin yalnız qida kimi deyil müalicə məqsədli olaraq da bu qədər məşhur olaraq istifadə təmin etməkdədir. Sarımsaq, bakteriya və virusların səbəb olduğu xəstəliklərin yaxşılaşma müddətini sürətləndirər. Sarımsaq tək başına bakteri tam təmizləməsə belə bədənin bakteriyalara verdiyi reaksiyanı gücləndirər və qorunma mexanizminə dəstək olur.

Balqabaq tumları: Balqabaq tumları sink mineralı ilə zəngindir. Sink dərimizin və saçlarımızın sağlamlığı üçün olduqca önəmlidir. Bu səbəbdən əgər sizdə saç (saçların tökülməsi, zəif, cansız saçlar, kəpək) və dəri problemləri (civzələr, sızanaqlar) varsa, mütləq balqabaq tumları yeyin. Bundan əlavə, xolesterinin səviyyəsini aşağı salır, insanın immun sistemini gücləndirir və qurd xəstəlikləri ilə mübarizə aparır. Çiy balqabaq tumları soyulur, qəhvəüyüdəndə əzilir və balla qarışdırılır. Bu təbii dərmanı hər gün 1-2 çay qaşığı olmaqla qəbul etsəniz orqanizminiz infekisya, virus və mikroblara qarşı olan davamlılığını artıracaq.
Bütün bunlardan əlavə qurd xəstəliyi olan şəxslər qıjı bitkisi, yemiş, çiyələk, yerkökü, buxarda bişirilmiş toyuq və balıq əti, kefir kimi qidalar yeməlidir.

Hansı qidalar olmaz?
- Duzlu, hisə verilmiş qidalar;
- Qənnadı məhsulları;
- "Fast food" (cips, suxari və s.);
- Yağlı və qızardılmış yeməklər.
Bundan əlavə spirtli içki qəbulu və siqaret çəkmək də bu xəstəliyi olan şəxslərə zərərlidir.

DİGƏR XƏBƏRLƏR

Top