13 yaşlı qızın toy görüntüləri yayıldı - evlilik ləğv edildi - VİDEO


13 yaşlı iranlı qızın sosial şəbəkədə yayılan toy görüntüləri ağır tənqidlərə səbəb olub.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, İranın Əhməd bölgəsində 13 yaşlı qız özündən 15 yaş böyük kişi evlənməyə hazırlaşıb. Alinejat adlı jurnalist tərəfindən toya hazırlıq videolarının sosial şəbəkədə paylaşması ilə ağır tənqidlərə məruz qalan tərəflər evlilik qərarlarını ləğv etdiklərini bildirib. Alinejat baş verən hadisə ilə bağlı bu sözləri söyləyib: "Bu sosial şəbəkənin gücüdür. Ancaq qanun hələ də kişilərin azyaşlı qızlarla evlənməsinə icazə verir. Mən bu görüntüləri paylaşdıqdan sonra bir çox adam tərəfindən təhdid edildim".

DİGƏR XƏBƏRLƏR

Top