
ABŞ-da qadına hücum edən kişi məhkəmə qərarı ilə azadlığa buraxılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında binanın çıxışında bir kişi, qadına hücum edib və onu vəhşicəsinə döyüb. Yaxınlıqdakı başqa qadının köməyi ilə uzun çəkişmədən sonra xilas olan xanım məhkməyə müraciət edib. 25 yaşlı cinayətkar Austin Vinsent məhkməmə qərarı ilə "zərərsizdir" deyə azadlığa buraxılıb. Hücuma məruz qalan qadın isə verilən qərarın yanlış olduğunu və yenidən məhkəməyə müraciət edəcəyini bildirib.