Mariya Zaxarovadan Paşinyanın "Artsax Ermənistandır" sözlərinə MÜNASİBƏT


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən ayın əvvəlində Xankəndində keçirilən mitinq zamanı səsləndirdiyi "Artsax (Qarabağ) Ermənistandır" sözlərinə münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, Mariya Zaxarova azərbaycanlı jurnalistin sualını cavablandırakən deyib ki, Paşinyanın belə bir fikir səsləndirməsi daxili siyasətlə bağlıdır: "Demokratik ölkələrdə siyasi partiyalar bu cür ritorikdan istifadə edirlər. Lakin, siyasi partiya liderləri açıqlma verərkən bunun sülh prosesinə mane olmamasını da düşünməlidirlər".  
Zaxarov qeyd edib ki, bu cür açıqlmalardan sonra danışıqlar prosesində əvvəlki mövqelərə qayıtmaq çox çətin olur.
"Təəssüf ki, bu cür açıqlamaları müxtəlif səviyyələrdə, müxtəlif tərəfdən eşitdik", - deyən Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi mürəkkəb və uzun çəkir, lakin daha sürətli hərəkət etməyimiz barədə ortaq bir razılıq var və ona görə də tərəflərin açıqlamaları əsas məqsədə uyğun olmalıdır".

DİGƏR XƏBƏRLƏR

Top