İki uşağın oğurluq macərası Rusiyada gündəm olub - VİDEO


Rusiyada iki azyaşlı uşaq oğurladıqları yük arabası ilə darvazanın digər tərəfinə keçmək istəyərkən gülməli anlara səbəb olub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyada iki gənc inşaat işləri gedən həyətə daxil olublar. Bir müddət gəzdikdən sonra yük arabasını oğurlamaq qərarına gəliblər. Darvazaya yaxınlaşaraq açmaq istəyiblər. Ancaq, qapının bağlı olduğunu öyəndikdən sonra yük arabasını divarın o biri tərəfinə keçirmək macəraları başlayıb.  Rusiyada Çarli Çaplinin "nəvələri" kimi təqdim edilən gənclər uzun müddət sonra istəklərinə çatıblar. Məzəli görüntülər sosial şəbəkələrdə ən çox izlənən videoya çevrilib.

DİGƏR XƏBƏRLƏR

Top