Rayan Giqqz: “İtkilər olsa da, Azərbaycanla evdəki matçda üç xal qazanmalıyıq”

“Liderlərdən o qədər də uzaq deyilik. Bəxt bizdən bir az üz döndərdi və şanslarımızı qaçırdıq”.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu sözləri Uels milli komandasının baş məşqçisi Rayan Giqqz deyib.

Təcrübəli mütəxəssis AVRO-2020-nin seçmə mərhələsinin sentyabrda keçiriləcək oyunu ərəfəsində müsahibə verib. R.Giqqz sentyabrın 6-da Azərbaycanla qarşılaşma barədə iddialı danışıb: “Məhz bəxtsizlikdən üzləşdiyimiz xal itkilərinə görə birinci yerdə deyilik. Amma futbolçularıma inanıram. Azərbaycanla qarşıdakı görüşdə xal ehtiyatımızı artırmağa cəhd edəcəyik. Belə oyunlarda qalib gəlməliyik. Hətta heyətdə itkilər olsa da, evdə üç xal qazanmalıyıq”.

R.Giqqz təqvimi də dəyərləndirib: “Azərbaycanla matçdan sonra evdə Slovakiya və Xorvatiya ilə ağır oyunlarımız olacaq. Sonra bizi Slovakiya və Azərbaycana çətin səfərlər gözləyir. Çox rəqabətli qrupa düşmüşük. İstənilən komanda rəqibini məğlub edə bilər. Komandaların bir-birindən xal alması bizim də xeyrimizədir”.

Qeyd edək ki, Uels – Azərbaycan oyunu Kardiffdə keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top