Deputat: "Qeyri-ciddi xəbərləri hazırlayanlar bilməlidirlər ki, onların övladları da yaydıqları xəbərin təsirinə düşə bilər"


"Hər bir KİV bacardığı qədər cəmiyyətə ciddi, analaitik, həqiqətən də inkişafa təsir edən xəbərlərin verilməsində maraqlı olmalıdır".

Bu sözləri Yeniavaz.com-a açıqlamasında Milli Məcilisin deputatı Aydın Mirzəzadə deyib.
Azərbaycanda oxucuların əyləncə, cinayət, şou formatında olan xəbərlərə üstünlük verməsinin dünyada da xarakterik olduğunu bildirən A. Mirzəzadənin sözlərinə görə, dünyada öz sözünü demiş ciddi mətbuat orqanlarının təcrübəsindən istifadə etmək lazımdır: "Qeyri-ciddi xəbərlər qısa müddətlik məşhurluq qazansa da mənfi nəticələri çox ola bilər. Qeyri-ciddi xəbərləri hazırlayanlar bilməlidirlər ki, onların yaxınları da, övladları da yaydıqları xəbərin təsirinə düşə bilər. Və özləri hiss etmədən yaxınlarının müəyyən bir müddətdən sonra cəmiyyət ab-havasından kənarda qalmasına təsir edə bilərlər”.
Xəbərlərin peşəkar kadrlar tərəfindən hazırlanmasının daha vacib olduğunu vurğulayan A. Mirzəzadə qeyd etdi ki, xəbəri elə təqdim etmək lazımdır ki, oxucu həm aldanmasın, həm də xəbər onun üçün vacib olsun: "Hansısa bir müəssisənin açılışını sadə xəbər kimi verəndə auditoriyaya maraqlı olmayacaq, ancaq həmin müəssisənin hansı faydalarının olmasının xəbərin başlığında verdikədə əlbbəttə oxucu üçün maraqlı olacaq. Yəni burada artıq oxucu, dinləyici cəlb edilə bilir. Xəbərlər peşəkarlar tərəfindən seçilməlidir. Peşəkarlar ekspert kimi çıxış etməlidir. Çox təəssüf ki, bəzən vacib bir xəbərin sadəcə olaraq bir cümlə ilə verilməsinə, qeyri peşəkar şərhinə rast gəlirik.
Mən kifayət qədər KİV tanıyıram ki, ciddi xəbərlər verməklə müəyyən bir dövürdən sonra öz ətraflarına artıq böyük bir auditoriya toplaya bilirlər.  Bu ümumi bir məsələdir. Yəni bir dəfəyə həll olunacaq problem deyil. Hamı problemin həllinə maraq göstərərək, uzun müddət üzərində işləməlidir. Belə olmasa cəmiyyətin müəyyən bir hissəsini siyasətdən, ciddi prosselərin analizindən uzaq olan bir insan qrupuna çevirmiş olarıq. Bu isə yolverilməzdir. Yeni müstəqilliyini qazanmış dövlət hər bir vətəndaşını yüksək vətənpərvərlik ruhunda, dövlətçiliyin möhkəmlənməsinə təsir edən məsələlər barəsində məlumatlı olmasında həmişə maraqlıdır”.

DİGƏR XƏBƏRLƏR

Top