Bakıda oğul atasının avtomobilini qaçırdı


Bakıda ata avtomobilini qaçıran oğlundan polisə şikayət edib.

Hadisə Xəzər rayonunda qeydə alınıb.

Məlumata görə, Binə qəsəbəsində yaşayan 50 yaşlı Nazim Əzizov Xəzər Rayon Polis İdarəsinə şikayət edərək bildirib ki, 24 yaşlı oğlu Orxan Əzizov ona məxsus "VAZ 2107" markalı avtomobili qaçırıb.

N.Əzizovun şikayəti əsasında avtomobili qaçıran O.Əzizov avtomobil ilə birlikdə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağl araşdırmalar davam etdirilir. (report)

DİGƏR XƏBƏRLƏR

Top