Azərbaycanda qatarla yük maşını toqquşdu - Hadisə yerindən VİDEO


Şirvan şəhərindən Sabirabadın Minbaşı kəndinə gedən yolda qatarla yük maşını toqquşub.

Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, hadisə Şirvan-İmişli dəmir yolu xəttinin Minbaşı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

50-B-117-10 dövlət nömrə nişanlı yük maşını qatarla toqquşub.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Qəzanın səbəbi araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top